Baş nazir Manuel Valls "terror qruplarının Fransaya kimyəvi və ya bioloji hücum edə biləcəklərini" ehtimal edib. O bu baradə fikirlərini ölkədə fövqəladə vəziyyətin uzadılması ətrafında debatlarda deyib.
Bu arada isə Belçika polisi Brüsseldə 6 müxtəlif reyd keçirərək Paris hücumlarında şübhəli bilinən Bilal Hadfi və Salah Abdeslami axtarır.Parisdə cümə günü baş vermiş silsilə hücumlarda 129 nəfər həyatını itirib.