Braziliyada Ledi Qaqanın konsertinə bombalı hücumun qarşısı alınıb

Braziliyada Ledi Qaqanın konsertinə bombalı hücumun qarşısı alınıb backend

Braziliya polisi Ledi Qaqanın şənbə günü Rio-de-Janeyrodakı Kopakabana çimərliyində konsertinə planlaşdırılan bombalı hücumun qarşısını aldığını açıqlayıb.

AZƏRTAC-ın məlumatına görə, bildirilib ki, hücum nifrət nitqini və yeniyetmələrin radikallaşmasını, özünə zərər verməsini və zorakılığı təbliğ edən qrup tərəfindən təşkil edilib.

“Şübhəlilər əldə düzəldilmiş partlayıcılar və “molotov” kokteyllərindən istifadə etməklə koordinasiyalı hücumlar həyata keçirmək üçün iştirakçıları, o cümlədən azyaşlıları cəlb ediblər”, - deyə polisin açıqlamasında qeyd olunub.

Hücumda şübhəli bilinən 2 nəfə saxlanılıb.

Şəhər meriyasının məlumatına görə, amerikalı pop müğənninin konsertinə 2,1 milyon insan gəlib.

Diaspora