Filippin paytaxtında liderlərin iştirakı ilə keçirilən APEC regional ticarət sammitinin əleyhinə küçələrdə böyük etiraz nümayişləri keçirilir. Yüzlərlə yerli sakin, tələbə və işçi qrupları ilə polis arasında qarşıdurma yaranıb. Sammit Çinin Cənubi Çin Dənizindəki fəaliyyətləri ilə bağlı ərazi mübahisələrinin fonunda kölgədə qalıb.
Liderlər həmçinin Paris hücumlarının ardından daha güclü qlobal anti-terror əməkdaşlığına çağırıblar.Bu gün veriləcəyi gözlənilən bəyanatın qaralama nüsxəsində deyilir ki, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti bütün növ terror aktlarını “şiddətlə qınayır”.
Etirazçılar cümə axşamı səhər saatlarında APEC görüşünün keçirildiyi Manila Bay ərazisində toplaşıb.
Qloballaşma əleyhinə etirazçılar APEC-in ləğv edilməsinə çağırışlar edib və təşkilatı kasıb ölkələrdən istifadə etməkdə günahlandırıblar.
Etirazların başında duran Renato Reyes Associated Press xəbər agentliyinə deyib: “APEC və imperialist qloballaşma yalınız varlı ölkələrin xeyrinədir və Filippin kimi inkişaf etmədə olan ölkələrin isə daha da kasıblaşmasına səbəb olur”.
On minlərlə əsgər və polis mümkün hücum və pozuntuların qarşısını almaq üçün artıq hadisə yerindədir.