Almaniyada avtomobilin izdihama çırpılması nəticəsində xəsarət alanların sayı artdı

Almaniyada avtomobilin izdihama çırpılması nəticəsində xəsarət alanların sayı artdı backend

Almaniyanın Ştutqart şəhərində avtomobilin izdihamın üzərinə sürməsi nəticəsində yaralananların sayı azı altıya çatıb.

Qaziler.az bildirir ki, Almaniyanın Ştutqart şəhərində avtomobilin bir qrup insanın üzərinəsürülməsi nəticəsində xəsarət alanların sayı azı 6 nəfərə çatıb.

Bu barədə mayın 2-də yerli polisə istinadən Bild qəzeti məlumat yayıb.

"Mercedes G-class markalı avtomobil tramvay dayanacağı yaxınlığındakı piyada keçidində bir qrup piyadanın üstünə çıxıb. Söhbət altı nəfərdən (xəsarət alanlar. - Red.) gedir", - nəşr yazır.

Polis bildirib ki, xəsarət alanların dəqiq sayı hələ müəyyən edilməyib. Onların bəzilərinin ciddi xəsarətləri var.

21.54

Almaniyanın Ştutqart şəhərində avtomobilin izdihamın üzərinə sürməsi nəticəsində ən azı 3 nəfərin yaralandığı bildirilir.

Qaziler.az bildirir ki, Almaniya polisindən verilən açıqlamada, bir qrup insanı avtomobilin vurması nəticəsində yaralananların olduğu bildirilib.

Açıqlamada hadisənin baş verdiyi ərazinin mühasirəyə alındığı, yaralılara yerindəcə tibbi yardım göstərildiyi bildirilib.

Yerli media ən azı 3 nəfərin yaralandığını, şübhəli sürücünün saxlanıldığını bildirib.

Hadisənin qəza və ya terror aktı olması ilə bağlı hələlik açıqlama verilmir.

QAZİLER.AZ

Diaspora