Rusiya "Lancet" və "İskəndər" zavodları üçün Cənubi Koreyadan dəzgahlar alıb

Rusiya "Lancet" və "İskəndər" zavodları üçün Cənubi Koreyadan dəzgahlar alıb backend

Cənubi Koreyanın “DN Solutions” şirkətinin dəzgahları Rusiyanın “Lancet” döyüş pilotsuz uçan aparatları və “İskəndər” raket buraxılış qurğuları istehsal edən zavodlarında aşkar edilib.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna xəbər verir.

Nəşrin məlumatına görə, Cənubi Koreya şirkətinin dəyəri 19 milyon dollardan çox olan avadanlığı Çin distribyutorları, xüsusilə Silver Technology şirkəti vasitəsilə Rusiyaya çatdırılıb.

"Mövcud gömrük və satınalma sənədləri göstərir ki, bunlar 2023 və 2024-cü illər üçün müqavilələr əsasında həyata keçirilən yeni avadanlıqların tədarüküdür", - Ukrayna prezidentinin sanksiyalar üzrə müşaviri Vladislav Vlasyuk bildirib.

QAZİLER.AZ

Diaspora