Hindistanda meşə mühafizəçisi az qala onu yaralayan pələngin qurbanı olacaqdı.
Qaziler.az bildirir ki, bu barədə “India New England” yazır.
Madhya Pradeş ştatındakı Bandxavqarx Vəhşi Təbiət Qoruğundan olan pələng meşə mühafizəçisinə hücum edib. Sıx kollar arasında gizlənən yırtıcı Umaria rayonunun Panpata bölgəsində adi piyada patrulunda olarkən Ramsuxavan Çaudxariyə hücum edib. Kişi kürəyindən, qolundan və başından xəsarət alıb.
Çaudxari dərhal Umariyada rayon xəstəxanasına aparılıb. Həkim onun həyati təhlükəsi olmadığını, ancaq başında və qolundakı yaralar üçün tikişlərə ehtiyac olduğunu söyləyib.
Milli park administrasiyası hesab edir ki, hücumu əvvəllər qoruğun sərhədindəki Kuşmax kəndinin sakinlərinə hücum etmiş pələng ediib. Meşə idarəsi monitorinq üçün fillərdən istifadə edərək heyvanın hərəkətlərinə nəzarəti gücləndirib.
Qoruğun direktoru bildirib ki, pələngin daha təhlükəsiz əraziyə köçürülməsi üçün müzakirələr aparılır.
QAZİLER.AZ