Livan prezidenti general Cozef Aun Fələstinin radikal HƏMAS hərəkatını regionda sabitliyi pozmağa yönəlmiş istənilən hərəkətlərə qarşı xəbərdarlıq edib.
Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, o, bunu respublikanın Ali Müdafiə Şurasının iclasında deyib.
“Biz HƏMAS-a Livan ərazisindən milli təhlükəsizliyimizi təhdid edən hücumlar üçün istifadə etməmək barədə xəbərdarlıq edirik. Livan regionda sabitliyi pozmaq üçün platforma rolunu oynamamalıdır”, - Livan lideri deyib.
Aunun sözlərinə görə, Livan hakimiyyəti ölkəni müharibələrə sürükləyən hərəkətləri qəbul etməyəcək.
Ali Müdafiə Şurası öz bəyanatında Livan ərazisindən raketlərin buraxılmasında iştirak edən bütün şəxslərin məsuliyyətə cəlb olunmasını tələb edib və o, hakimiyyətin bütün qrupların əllərindəki qeyri-qanuni silahları təhvil verməsi tələbini təkrarlayıb.
QAZİLER.AZ