Ukrayna Rusiya ilə “istənilən şərtlə sülh”ü RƏDD EDİB

Ukrayna Rusiya ilə “istənilən şərtlə sülh”ü RƏDD EDİB backend

Kiyev Rusiya ilə istənilən şərtlərlə sülhə razı olmayacaq və Moskva respublikanın NATO-ya üzv olmasını qadağan edə bilməyəcək.

Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, bu fikirləri Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib.

O, bəyan edib ki, Ukrayna suverenliyə qoyulan məhdudiyyətləri, o cümlədən müttəfiqlərin seçilməsi, müəyyən təşkilat və bloklara qoşulması ilə bağlı məhdudiyyətləri rədd edir. Sibiqa əmin edib ki, Kiyev çətinliklərə baxmayaraq, Şimali Atlantika Alyansına qoşulmaq üçün fəal işləməyə davam edəcək.

"Buna Rusiya hazir deyil və müharibəyə can atır. Ukrayna nəyin bahasına olursa olsun, qondarma sülhə razı olmayacaq. Sülh şərtləri ilə bağlı ölkənin fundamental mövqeyi aydın və dəyişməz olaraq qalır", - nazir bildirib.

Onun sözlərinə görə, Kiyev itirilmiş əraziləri Rusiyanın bir hissəsi kimi tanımır və Ukrayna Silahlı Qüvvələrinin sayının azaldılmasına, hərbi sənaye kompleksinin işinin məhdudlaşdırılmasına, hərbi yardıma, Ukrayna ərazisində müəyyən hərbi kontingentin olmasına qoyulan qadağalara razı olmayacaq.

QAZİLER.AZ

Diaspora