Putin ABŞ prezidentinin Kremldəki mənzilində olduğunu deyib

Putin ABŞ prezidentinin Kremldəki mənzilində olduğunu deyib backend

Rusiya prezidenti Vladimir Putin ABŞ-nin keçmiş prezidenti Bill Klintonun (prezidentlik dövrü: 1993-2001) Kremldəki mənzilinə baş çəkdiyini bildirib.

Qaziler.az “Gazeta.ru”ya istinadla bildirir ki, bu haqda Rusiya liderinin müvafiq kadrları mayın 4-də “Rossiya 1” telekanalında nümayiş olunacaq sənədli filmə daxil edilib.

Putin jurnalist Pavel Zarubinlə müsahibə zamanı mənzili göstərərkən deyib: "Ancaq burada Klinton da olub".

Sənədli filmdə Putin Çin Xalq Respublikasının sədri Si Cinpinlə 2023-cü ildə baş tutan danışıqların qeyri-rəsmi hissəsindən də danışıb. Onun sözlərinə görə, liderlər daha sonra Kremldəki mənzildə çay içərkən danışıblar.

QAZİLER.AZ

Diaspora