Uoltsun vəzifəsindən istefa verməsinin təfərrüatları açıqlanıb

Uoltsun vəzifəsindən istefa verməsinin təfərrüatları açıqlanıb backend

ABŞ-nin keçmiş milli təhlükəsizlik müşaviri Mayk Uolts “Signal” messenger ilə bağlı yaşanan qalmaqaldan əvvəl də həmkarları ilə fikir ayrılıqları yaşayıb.

Qaziler.az xəbər verir ki, bu barədə “Semafor” nəşri mənbələrə istinadən yazır.

"Uoltsun milli təhlükəsizliklə bağlı ənənəvi fikirləri Ağ Evdə daha çox təcridçi oyunçularla gərginlik yaradıb. Keçmiş “yaşıl beret” qrup söhbətindəki qalmaqaldan əvvəl də Trampın yaxın ətrafı ilə gərgin münasibəti var idi", - nəşr yazır.

Qeyd edək ki, mayın 1-də Uolts ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsini tərk edib. Uoltsun vəzifəsinin müvəqqəti olaraq ABŞ dövlət katibi Marko Rubio icra edəcək. Tramp daha sonra Uoltsun ABŞ-nin BMT-dəki səfiri vəzifəsinə namizəd olacağını söyləyib.

QAZİLER.AZ

Diaspora