Kalmık Moldovada vəziyyətin pisləşməsindən danışıb

Kalmık Moldovada vəziyyətin pisləşməsindən danışıb backend

Moldova zəif daxili bazar və rəqabətsiz məhsullar səbəbindən ixracın azalmasına görə pis vəziyyətdə qalıb.

Qaziler.az “RİA Novosti”yə istinadla  xəbər verir ki, bunu ölkənin baş nazirinin keçmiş müavini Oktavian Kalmık deyib.

"Moldova iqtisadi mübarizədə uduzur. Moldova məhsulları keyfiyyət və qablaşdırma tələblərinin daha sərt olduğu Avropa İttifaqı kimi xarici bazarlarda rəqabətə tab gətirə bilmir”, - o deyib.

Kalmık əlavə edib ki, bu vəziyyət Moldova mallarının ixrac bazarının azalmasına səbəb olub. Belə ki, yerli əhalinin gəlirlərinin aşağı olması səbəbindən daxili bazar zəifləyib.

QAZİLER.AZ

Diaspora