Yəmənin şimalında hakim olan hərbi-siyasi "Ənsar Allah" hərəkatı (husilər) ilk dəfə İsrailin şimalındakı Ramat David hərbi aviabazasına raket hücumu ediblər.
Bu barədə husilərin silahlı qüvvələrinin məlumatında bildirilib.
"Biz işğal olunmuş Hayfanın şərqində yerləşən Ramat-David aviabazasına qarşı hərbi əməliyyat həyata keçirdik. Əməliyyat "Fələstin-2" hipersəs ballistik raketindən istifadə edilərək həyata keçirilib və hədəfə çatıb. Düşmənin hava hücumundan müdafiə sistemləri raketi ələ keçirə bilməyib", - məlumatda qeyd olunub.
Report.az