Kansler vəzifəsindən gedən Şoltsun nə iş görəcəyi açıqlanıb

Kansler vəzifəsindən gedən Şoltsun nə iş görəcəyi açıqlanıb backend

Almaniya hökumətinin sözçüsü Şteffen Qebeştrayt bildirib ki, tezliklə vəzifəsini tərk edəcək Almaniyanın hazırkı kansleri Olaf Şolts gələcəyini Bundestaqda görür.

Qaziler.az xəbər verir ki, bu barədə o, “Tagesspiegel” qəzetinə açıqlamasında deyib.

Qebeştraytın sözlərinə görə, Şolts kansler vəzifəsindən getdikdən sonra diqqətini Bundestaqın deputatı kimi öz seçici dairəsinə vermək istəyir. Yəni Şolts öz dairəsində işləməyi və mütəmadi olaraq vətəndaşlarla görüşməyi planlaşdırır.

Qebeştrayt əlavə edib ki, siyasətçi müxtəlif şirkətlərin müşahidə şuralarında heç bir vəzifə tutmur. Təhsil üzrə hüquqşünas olan Şoltsun vəkillik təcrübəsinə qayıtmaq fikri də yoxdur.

Bundesverdə kansler Olaf Şoltsla ənənəvi vida mərasimi onun varisi Fridrix Mertsin təyin olunmasından bir gün əvvəl, mayın 5-nə planlaşdırılıb.

QAZİLER.AZ

Diaspora