Uitkoff Trampın müşaviri olmaq istəmir

Uitkoff Trampın müşaviri olmaq istəmir backend

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffun Mayk Uoltsun gedişindən sonra milli təhlükəsizlik müşaviri vəzifəsini icra etmək arzusu yoxdur.

Qaziler.az xəbər verir ki, bu barədə CNN telekanalı üç mənbəyə istinadən məlumat yayıb.

Jurnalist Alayna Trin bir mənbədən sitat gətirib: "O, bu işi istəmədiyini açıq şəkildə bildirdi və prezidentin və ya ətrafındakıların ona bu işi təklif edəcəyini gözləmir".

Mayın 1-də “Fox News” telekanalı Mayk Uolts və onun müavini Aleks Vonqun tutduqları vəzifələrdən istefa verdiyini bildirib.

Bunun ardınca “Politico” bildirib ki, Donald Trampın xüsusi elçisi Stiven Uitkoff ABŞ-nin milli təhlükəsizlik müşaviri vəzifəsinə əsas namizəd kimi nəzərdən keçirilir.

QAZİLER.AZ

Diaspora