“Microsoft” transmilli korporasiyasının yaradıcısı Bill Qeyts Asperger sindromundan əziyyət çəkir.
Qaziler.az xəbər verir ki, bu haqda “New York Post” qəzeti yazıb.
"Atam sosial cəhətdən olduqca yöndəmsizdir. Onda Asperger sindromunun olduğunu söyləyib”, - Bill Qeytsin qızı Fibi Qeyts deyib.
Asperger sindromu psixi pozğunluq olub insanlarla ünsiyyətdə çətinlik yaradır və tez-tez nəzərə çarpan yöndəmsizliklə xarakterizə olunur. Bəzən onu autizmin bir forması da hesab edirlər. Bu sindromlu insanlar normal və yüksək intelektə malik olsalar da, lakin onların sosial qabiliyyətləri və vərdişləri zəif inkişaf etmiş olur.
QAZİLER.AZ