Danimarka hakimiyyəti dövlətin iştirakı ilə və ya üçüncü ölkələr arasında silahlı münaqişə baş verərsə, öz ticarət gəmilərini sığortalamağa qərar verib.
Qaziler.az xəbər verir ki, bu barədə “Ritzau” qəzeti yazır.
Hərbi böhran şəraitində ticarət yollarının fəaliyyətini təmin etmək üçün müvafiq qanun layihəsi irəli sürülüb.
“Bu, lazımi araşdırmanı yerinə yetirməkdən ibarətdir. Danimarka ticarət donanmasının fəaliyyətini müharibə vəziyyətində davam etdirə bilməyimiz çox vacibdir”, - Danimarkanın biznes naziri Morten Bedskov deyib.
QAZİLER.AZ