Taylandda qarayara xəstəliyi 1 nəfərin ölümünə səbəb olub

Taylandda qarayara xəstəliyi 1 nəfərin ölümünə səbəb olub backend

Taylandın şərqində, Laosla sərhəddə yerləşən Mukdahan əyalətində qarayara xəstəliyi (Sibir yarası) nəticəsində bir nəfər ölüb.

Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət Departamenti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, xəstəlik şəkərli diabet xəstəsi olan 53 yaşlı kişinin həyatına son qoyub.

Həkimlər bildiriblər ki, infeksiyanın yayılmasına mal-qaranın kəsilməsi və ətin sonradan yerli sakinlərə paylanması səbəb ola bilərdi.

QAZİLER.AZ

Diaspora