ABŞ 100 günə Rusiya və Ukraynanı danışıqlar masasına oturtmaq istəyir

ABŞ 100 günə Rusiya və Ukraynanı danışıqlar masasına oturtmaq istəyir backend

“Vaşinqton yaxın 100 gün ərzində Rusiya və Ukraynanı danışıqlar masasında oturtmağı düşünür”.

Qaziler.az xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens “Fox News” telekanalına müsahibəsində bildirib. Beləliklə, o, yeni administrasiyanın ilk ayının hesabatını belə yekunlaşdırıb.

“Növbəti 100 gün ərzində bu yoldaşları bir araya gətirmək üçün çox çalışacağıq. İndi diplomatiyanın işi bu iki tərəfi hansısa bir şəkildə bir-birinə yaxınlaşdırmağa çalışmaqdır”, - Vens vurğulayıb.

Vitse-prezidentin sözlərinə görə, hazırda Moskva və Kiyev fikir ayrılıqlarına baxmayaraq, münaqişəyə son qoymaq üçün öz yanaşmalarını bəyan ediblər. Bu, əvvəllər əldə edilə bilməyən bir şeydir. Vensə görə, onlar “sadəcə döyüşürdülər”. Eyni zamanda, vitse-prezident əlavə edib ki, hətta Avropa da Vaşinqtonun səylərini tanıyır.

QAZİLER.AZ

Diaspora