Amerikalı rejissor Fransisk haqqında film çəkir

Amerikalı rejissor Fransisk haqqında film çəkir backend

“Oskar” mükafatlı amerikalı rejissor Martin Skorsezi Papa Fransiskin çəkildiyi "Aldeas - A New Story" sənədli filmi üzərində işləyir.

Qaziler.az xəbər verir ki, bu barədə “NBC News” yazır.

Telekanalın məlumatına görə, filmə papanın axırıncı müsahibəsi daxildir.

Materialda deyilir ki, filmdə Papa Fransisk ilə rejissor Skorsezi arasında söhbətlər, o cümlədən pontifikin eksklüziv çıxışı yer alacaq ki, bu da onun axırıncı müsahibəsidir. Telekanalın məlumatına görə, film Frensiskin təşəbbüsü ilə yaradılmış “Scholas Occurrentes” beynəlxalq təşkilatından bəhs edəcək. Filmin nümayiş olunacağı tarix hələ açıqlanmayıb.

QAZİLER.AZ

Diaspora