Marko Rubionun 9 May paradında iştirakı gözlənilir

Marko Rubionun 9 May paradında iştirakı gözlənilir backend

ABŞ-nin yüksəkvəzifəli rəsmisinin Rusiyanın paytaxtı Moskvada İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunan hərbi paradda iştirakı gözlənilir.

Bu barədə Rusiyanın "Zvezda" kanalına diplomatik mənbədən məlumat verilib.

Mənbə iddia edir ki, söhbət ABŞ-nin dövlət katibi Marko Rubiodan gedir.

Xatırladaq ki, bir müddət əvvəl Qərb mediası Donald Trampın tezliklə Rusiyaya mümkün səfəri barədə məlumat yaysa da, həm Kreml, həm də Ağ Ev bu ehtimalı tez bir zamanda təkzib etmişdi.

Oxu.az

Diaspora