Filippinin Tarlak əyalətində sərnişin avtobusunun avtomobil yollarının ödəniş məntəqəsinə çırpılması nəticəsində ən azı 12 nəfər, o cümlədən uşaqlar ölüb.
Qaziler.az "TRT-Haber"ə istinadən xəbər ki, bu barədə yerli polis bildirib.
Səlahiyyətlilər qəzanın nəqliyyatın sıx olduğu bir vaxtda baş verdiyini və qəza nəticəsində çoxlu sayda insanın yaralandığını bildirib.
Tarlak polis rəisi Romel Santos jurnalistlərə bildirib ki, yaralılar arasında olan avtobus sürücüsü saxlanılıb və müstəntiqlərə qəzadan az əvvəl yuxuladığını deyib.
QAZİLER.AZ