Kabul: əfqan fəallar Paris qurbanlarını anıb

Kabul: əfqan fəallar Paris qurbanlarını anıb backend

Əfqanıstan paytaxtı Kabulda bir qrup vətəndaş cəmiyyəti fəalının təşəbbüsü ilə Paris hücumları qurbanlarının xatirəsinə şamlar yandırılıb.

Keçən cümə Parisdə baş vermiş hücumlar nəticəsində 129 nəfər həyatını itirib, 350 nəfərsə yaralanıb.



Hadisəyə görə İslam Dövləti qruplaşması məsuliyyəti üzərinə götürüb.
Hücumlarla bağlı Fransada üç günlük matəm elan edilib.

Fəallar əllərində "Əfqanlar terrorizmdən azad dünya istəyirlər", "Parisin yanındayıq" kimi şüarların yazıldığı vərəqələr saxlayıblar.



Anım mərasiminin keçirildiyi yerdə üzərində böyük hərflərlə yazılmış "Parislə həmrəylik" pankartı asılıb.
Diaspora