İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, kütləvi yanğınlarda əli olmaqda şübhəli bilinən 18 nəfər həbs edilib.
Qaziler.az bildirir ki, onun mayın 1-də verdiyi bəyanatı “The Times of Israel” internet qəzeti yayıb.
Netanyahu Yerusəlimdə çıxışı zamanı deyib: “Biz indiyədək yanğın törətməkdə şübhəli bilinən 18 nəfəri saxlamışıq, onlardan biri cinayət başında yaxalanıb”.
Yanğın paralel olaraq bir neçə yerdə baş verib ki, bu da terror aktı şübhəsini artırır.
Hadisə yerində olan "İzvestiya"nın müxbiri Nikita Kulyuxin bildirib ki, yanğının səbəbləri araşdırılır.
QAZİLER.AZ