Pakistanın Hayber Paxtunxva əyalətinin Bannu rayonunda baş verən qarşıdurmada 3 təhlükəsizlik əməkdaşının həlak olduğu bildirilir.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, bununla bağlı yerli polis rəsmisi Ərşad Xan açıqlama verib.
O, qeyd edib ki, Bannuda silahlılarla təhlükəsizlik qüvvələri arasında qarşıdurma baş verib.
Xanın məlumatına görə, qarşıdurmada 3 təhlükəsizlik əməkdaşı həyatını itirib.
Polis rəsmisi 1 yaraqlının zərərsizləşdirildiyi barədə də məlumat paylaşıb.
QAZİLER.AZ