Planetin ən yaşlı insanı, braziliyalı rahibə İna Kanabarru Lukas 116 yaşında vəfat edib.
"Report" xəbər verir ki, bu barədə "Agency Franse Presse" Braziliyanın Portu-Aleqri şəhərinin Karmelit Bacıları Konqreqasiyasının bəyanatına istinadən məlumat yayıb.
"Planetin ən yaşlı insanı, braziliyalı rahibə İna Kanabarro Lukas çərşənbə günü 116 yaşında vəfat edib", - agentlik onun Portu Aleqri şəhərində yaşadığı Karmelit Bacılar İcmasının bəyanatına istinadən qeyd edir.
Agentlik xatırladıb ki, Kanabarru 1908-ci il iyunun 8-də anadan olub. O, 2024-cü ilin dekabrında 116 il yaşayan Yaponiya sakini Tomiko İtookinin ölümündən sonra dünyanın ən yaşlı insanı hesab edilib.