Estoniya mayın 9-u ərəfəsində yürüş və toplantıları qadağan edib

Estoniya mayın 9-u ərəfəsində yürüş və toplantıları qadağan edib backend

Mayın 9-u ərəfəsində Estoniya polisi rusdilli vətəndaşların çoxluq təşkil etdiyi respublikanın bəzi ərazilərində yürüşlərin və kütləvi toplantıların keçirilməsini qadağan edib.

Qaziler.az bildirir ki, bu barədə ERR.ee portalı məlumat yayıb.

"Polis ölənlərin xatirəsini ehtiramla yad etməyi qadağan etmir, lakin bunu ləyaqətlə etmək lazımdır. İnsanlar qəbiristanlığı ziyarət edə, baş əyə, gül dəstələri qoya və ölənlərin xatirəsini ehtiramla yad edə bilərlər. Lakin bu, bayraqlar və lentlər olmadan baş verməlidir", - Şimal prefekturasının rəhbəri Ats Kübsarepp bildirib.

Polis qeyd edib ki, Böyük Vətən Müharibəsində qələbənin simvolları Rusiyaya dəstəklə bağlıdır.

QAZİLER.AZ

 

Diaspora