Vaşinqtonda, Arlinqton Milli Qəbiristanlığında diplomatik nümayəndəliklərin rəhbərləri “Elbanın ruhu” xatirə lövhəsinin önünə əklillər qoyublar.
Qaziler.az bildirir ki, bu barədə "Kazinform" xəbər verir.
Əklilqoyma mərasimi uzun illər əvvəl dayandırılıb və indi yenidən bərpa olunur.
Tədbirdə Qazaxıstan, Azərbaycan, Belarus, Rusiya, Tacikistan səfirləri, ABŞ Dövlət Departamentinin nümayəndələri, müdafiə sənayesi mütəxəssisləri və veteranlar iştirak ediblər.
İştirak edənlər arasında 99 yaşlı amerikalı veteran Frenk Kon da olub.
"Qazaxıstan səfirliyi adından biz Arlinqton Milli Qəbiristanlığında ABŞ və Sovet qoşunlarının Elba çayı üzərində görüşünün 80 illiyi münasibətilə keçirilən tədbirdə iştirak etdik. Bu, Qazaxıstanın bəşəriyyətin Böyük Qələbəsinə verdiyi böyük töhfədir. Qazaxıstandan olan döyüşçülərimizin ruhu qarşısında baş əydik. Böyük qələbə bizim üçün də böyük əhəmiyyət kəsb edir", Qazaxıstan Respublikasının ABŞ-dakı səfiri Yerjan Aşıkbayev deyib.
Bundan əvvəl ABŞ Konqresinin ABŞ-Qazaxıstan əlaqələrinin gücləndirilməsini müzakirə etdiyi bildirilirdi.
Xatırladaq ki, Kazinform tarixin az məlum olan faktları haqqında yazmışdı: nasistlər 1942-ci il sentyabrın 1-də Uralskı necə tutmağı planlaşdırırdılar.
QAZİLER.AZ



