Avropa Komissiyası Aİ Müdafiə Fonduna 910 milyon avro ayırıb

Avropa Komissiyası Aİ Müdafiə Fonduna 910 milyon avro ayırıb backend

Avropa Komissiyası (AK) yeni hərbi-texnoloji inkişaflar üçün Aİ-nin Müdafiə Fonduna 910 milyon avro ayırıb və 2025-ci ildə Ukraynanın hərbi-sənaye kompleksi layihələrinin ilk dəfə olaraq bu fonddan maliyyələşmə hüququna malik olacağını vurğulayıb.

Qaziler.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının bəyanatında deyilir.

"Avropa Komissiyası Avropada innovativ müdafiə sənayesinin qurulması üçün Avropa Müdafiə Fonduna 910 milyon avro sərmayə qoyub. Bu sərmayələr xüsusilə qüvvələrin hərəkətliliyi, pilotsuz sistemlərin inkişafı və onlara qarşı müdafiə sahələrində boşluqları doldurmağa yönəlib. Ukrayna müdafiə sənayesi ilk dəfə olaraq Avropa müdafiə fondu tərəfindən maliyyələşdirilən müdafiə layihələrinin seçimində iştirak edə biləcək”, - Avropa Komissiyası qeyd edib.

Avropa Müdafiə Fondunun büdcəsi 2021-2027-ci illər üçün 7,3 milyard avro təşkil edir. AK-nin məlumatına görə, fondun həyata keçirdiyi proqramlar 2030-cu ilə qədər Aİ-nin hərbi potensialının keyfiyyətcə artırılmasına yönəlib.

QAZİLER.AZ

Diaspora