İsrail aviasiyası Dəməşqin cənub ətraflarında Saxnaya yaxınlaşarkən Suriya Baş Təhlükəsizlik Qüvvələrinə hücum edib.
Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, bu məlumatı “Syria TV” Suriya Daxili İşlər Nazirliyinə istinadən yayıb.
“İsrail Hərbi Hava Qüvvələrinə məxsus PUA Saxnay şəhərinin kənarında Baş Təhlükəsizlik Qüvvələrinin toplaşdığı məntəqəyə zərbə endirib”, - deyə məlumatda bildirilir.
Suriya hüquq-mühafizə orqanlarının bir əməkdaşı hücum zamanı həlak olub, bir neçə nəfər isə yaralanıb.
QAZİLER.AZ