Tramp Harrisin ərini vəzifəsindən qovdu

Tramp Harrisin ərini vəzifəsindən qovdu backend

ABŞ prezidenti Donald Tramp keçmiş vitse-prezident Kəmalə Harrisin əri Duqlas Emhoffu Vaşinqtondakı Amerika Birləşmiş Ştatlarının Holokost Memorial Muzeyinin idarə heyətində tutduğu vəzifəsindən azad edib.

Qaziler.az xəbər verir ki, bu barədə “The Hill”nəşri  məlumat yayıb.

Emhoff özü qəzetə açıqlamasında bildirib ki, Holokostun anım günü və bu mövzuda maarifləndirilməsi siyasiləşdirilə bilməz və bununla bağlı o, bu istiqamətdə fəaliyyətini davam etdirəcəyinə söz verib.

Bu arada Ağ Ev rəsmisi təsdiqləyib ki, Tramp administrasiyası bir neçə muzey şurası üzvünü işdən çıxarıb və yeni potensial namizədlərlə müsahibə aparır.

QAZİLER.AZ

Diaspora