Polşanın hər bir sakini payızda müharibə və digər fövqəladə hallar zamanı davranış qaydaları haqqında qeydlər alacaq.
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə ölkənin milli müdafiə nazirinin müavini Sezari Tomçik bildirib.
"Payızda hər bir Polşa evi “təhlükəsizlik bələdçisi” alacaq", - Tomçik deyib.
Nazir müavininin sözlərinə görə, Polşada fövqəladə hallar zamanı necə davranmaq barədə çox az məlumat var. O hesab edir ki, polyaklar, məsələn, sirenlərin səsinin təhlükə və ya sadə bir sınaq olduğunu başa düşə bilmirlər.
Tomçik qeyd edib ki, bələdçi kağız kitabça şəklində olacaq və təkcə hərbi təhdidləri deyil, “ümumiyyətlə təhlükələri” əhatə edəcək. Kitabçada sakinlərin böhrandan 72 saat ərzində necə sağ çıxacaqlarına dair məlumatlar yer alacaq.
QAZİLER.AZ