Vuçiç mayın 9-da Moskva səfərini ləğv edə bilər? - Qərb təzyiq edir

Vuçiç mayın 9-da Moskva səfərini ləğv edə bilər? - Qərb təzyiq edir backend

"Serbiya prezidenti Aleksandr Vuçiç Qərbin təzyiqi altında mayın 9-da Moskvaya səfərini ləğv etməyəcək".

Qaziler.az xəbər verir ki, bu fikirləri Rusiyanın Serbiyadakı səfiri Aleksandr Botsan-Xarçenko "RTVI" telekanalına müsahibəsində bildirib. O qeyd edib ki, Avropa İttifaqının hərəkətlərini “siyasi kobudluq” və dövlət suverenliyi prinsiplərinə etinasızlıq hesab edir.

"Serbiyada təzyiqə öyrəşiblər, bunu çox gərgin rejimdə yaşayırlar. Aleksandr Vuçiç [Qələbə Gününü qeyd etmək üçün Moskvaya gəlmək] qərarını verib və siyasi səbəblərə görə və daxili inamına görə qərarını dəyişməyəcək", - deyə o bildirib.

Səfir Serbiya liderinin Qələbənin ildönümünə şəxsi münasibətini xüsusi qeyd edib. Botsan-Xarçenkonun sözlərinə görə, Vuçiç üçün bu, “müqəddəs və şərəf məsələsidir”. Diplomat vurğulayıb ki, Serbiya prezidenti faşizmdən sağ çıxmış xalqın övladı kimi sovet əsgərlərinin qəhrəmanlığının xatirəsini dərin ehtiramla yad edir.

QAZİLER.AZ