Böyük Britaniya Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra ilk dəfə amerikalıların Yəməndə keçirdiyi hərbi əməliyyatlara qoşulub.
Bu barədə Britaniyanın "Sky News" telekanalı məlumat yayıb.
Qeyd olunur ki, Britaniyanın Hərbi Hava Qüvvələri paytaxt Sənanın ətraflarında "Ənsar-Allah" təşkilatının nəzarətində olan hədəflərə zərbələr endirib.
Həyata keçirilən hərbi əməliyyatlar barədə məlumat verən Böyük Britaniyanın müdafiə naziri Con Hili bildirib ki, məqsəd husilərin döyüş qabiliyyətini aşağı salmaq, Qırmızı dənizdə, Ədən körfəzində hərəkət edən Böyük Britaniya və digər gəmilərin təhlükəsiz hərəkətini təmin etməkdir.