Rusiyanın Kursk vilayətində Şimali Koreyanın itkiləri açıqlanıb

Rusiyanın Kursk vilayətində Şimali Koreyanın itkiləri açıqlanıb backend

Kursk vilayəti ərazisində döyüşlər zamanı təxminən 600 şimali koreyalı əsgər həlak olub.

Bu barədə "Reuters" Cənubi Koreyanın Milli Kəşfiyyat Xidmətinə istinadla xəbər verir.

Materialdan bəlli olur ki, KXDR Ukrayna ilə münaqişə zonasına ümumilikdə 15 min hərbçi göndərib. Bu zaman şimali koreyalı döyüşçülər arasında ümumi itkilər - yaralılar və həlak olanlar da daxil olmaqla təxminən 4.7 min nəfər təşkil edib.

Eyni zamanda, Cənubi Koreya parlamentinin kəşfiyyat komitəsinin üzvü Li Son Kvon jurnalistlərə bildirib ki, KXDR-dən olan əsgərlərin döyüş qabiliyyəti Ukraynada döyüşlərdə iştirak etdikləri müddətdə əhəmiyyətli dərəcədə yaxşılaşıb.

"Şimali Koreya hərbçiləri daha az səriştəsiz olublar, çünki onlar pilotsuz uçuş aparatları kimi yeni silahlardan istifadəyə alışırlar", - deyə qanunverici izah edib.

Xatırladaq ki, aprelin 26-da Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov ölkə prezidenti Vladimir Putinə Kursk vilayətinin tam azad edilməsi barədə məruzə edib. Həmin vaxt Rusiya hökuməti region ərazisində döyüşlərdə KXDR hərbçilərinin də iştirak etdiyini təsdiqləyib. Putinin sözlərinə görə, şimali koreyalı əsgərlərin Kursk vilayətinə göndərilməsi beynəlxalq hüquqa tam uyğun olub. O, izah edib ki, Moskva və Pxenyan 2024-cü ilin iyununda imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi çərçivəsində hərəkət ediblər.

Oxu.az

Diaspora