İslamabad Hindistana qarşı hərbi əməliyyatları istisna etmir

İslamabad Hindistana qarşı hərbi əməliyyatları istisna etmir backend

Pakistan Hindistanın Pahalqam şəhərində terror aktı fonunda iki ölkə arasında yaranmış vəziyyətin mürəkkəbləşməsindən sonra Hindistana qarşı hərbi əməliyyatlar ehtimalını istisna etmir.

“Report” xəbər verir ki, bu barədə Pakistanın müdafiə naziri Xavaca Asif EFE agentliyinə bildirib.

“Qonşu Hindistan ərazisinə hərbi müdaxilə ehtimalı mövcuddur. Biz gücümüzü artırmışıq. Strateji qərarlar qəbul ediləcək”, – o bildirib.

Xatırladaq ki, aprelin 22-də Cəmmu və Kəşmir bölgəsindəki Pahalqam şəhərində turistlərin sıx toplaşdığı yerdə terror aktı baş verib. Son məlumatlara görə, 26 nəfər ölüb. Hindistan hadisəyə görə məsuliyyəti Pakistanın üzərinə qoyub.

Pakistan Senatı İslamabadın hücumda hər hansı rolunu inkar edən qətnaməni yekdilliklə qəbul edib.

Terror aktından sonra Hindistan və Pakistan bir-birinə qarşı bir sıra tədbirlər görüb, xüsusilə hava məkanı bağlanıb və vizalar ləğv edilib ki, bu da iki ölkə arasında gərginliyin əhəmiyyətli dərəcədə artmasına səbəb olub.

Diaspora