Finlandiya Prezidenti Aleksandr Stubbun bildirdiyinə görə, Ukrayna mövcud cəbhə şəraitini nəzərə alaraq, yəqin ki, Rusiya qarşısında müəyyən ərazi güzəştlərinə razılaşmalı olacaq.
APA xəbər verir ki, bu barədə "The New York Times" nəşri məlumat verib.
“Aleksandr Stubb etiraf edib ki, Ukrayna, yəqin ki, döyüş meydanındakı reallıqları əks etdirən ərazi kompromislərinə getməli olacaq”, — deyə nəşr yazır.
Eyni zamanda, Stubb vurğulayıb ki, Finlandiya Ukraynanın itirdiyi əraziləri Rusiya torpaqları kimi tanımaq niyyətində deyil.