Nigeriyanın şimal-şərqindəki Borno əyalətində anım mərasiminə silahlı hücum nəticəsində azı 14 nəfər həlak olub.
Hadisədə "Boko Haram" terror təşkilatı şübhəli bilinir.
Qaziler.az bildirir ki, bu barədə aprelin 29-da Nigeriyanın "Vanguard" nəşri yazıb.
""Boko Haram" üzvlərinin Borno əyalətinin Çibok Yerli Rəhbərlik Bölgəsindəki Kopl kəndini zəbt etməsindən sonra ən azı 14 cəsəd tapılıb", - məlumatda deyilir.
Məlumata görə, yaralıların çoxu əlavə müalicə üçün qonşu Adamava əyalətindəki xəstəxanaya aparılıb.
Vanguard-ın sözlərinə görə, hücum edənlər yerli kilsəni və 10 mülki yaşayış evini də yandırıblar.
QAZİLER.AZ