Nigeriyada silahlıların hücumu nəticəsində azı 14 nəfər öldürülüb

Nigeriyada silahlıların hücumu nəticəsində azı 14 nəfər öldürülüb backend

Nigeriyanın şimal-şərqindəki Borno əyalətində anım mərasiminə silahlı hücum nəticəsində azı 14 nəfər həlak olub.

Hadisədə "Boko Haram" terror təşkilatı şübhəli bilinir.

Qaziler.az bildirir ki, bu barədə aprelin 29-da Nigeriyanın "Vanguard" nəşri yazıb.

""Boko Haram" üzvlərinin Borno əyalətinin Çibok Yerli Rəhbərlik Bölgəsindəki Kopl kəndini zəbt etməsindən sonra ən azı 14 cəsəd tapılıb", - məlumatda deyilir.

Məlumata görə, yaralıların çoxu əlavə müalicə üçün qonşu Adamava əyalətindəki xəstəxanaya aparılıb.

Vanguard-ın sözlərinə görə, hücum edənlər yerli kilsəni və 10 mülki yaşayış evini də yandırıblar.

QAZİLER.AZ

Diaspora