Rusiya prezidenti Vladimir Putinin mayın 9-da Ukrayna ilə atəşkəs təklifi absurddur. Atəş ən azı 30 gün dayanmalıdır.
Qaziler.az xəbər verir ki, bunu "Fox News" telekanalında ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bildirib.
O xatırladıb ki, ABŞ Ukraynaya iki ölkə arasında müharibəyə son qoymaq üçün 22 konkret addım təklif edib və onlar Ukrayna tərəfi ilə “açıq, düz və çətin danışıqlardan sonra” buna nail olublar.
Kelloqun sözlərinə görə, Ukrayna ideyaların hamısını bəyənməyib, lakin "heç kəs razılaşmanın son versiyasını bəyənmir və danışıqlarda adətən belə olur".
QAZİLER.AZ
https://www.foxnews.com/video/6372062815112