Rumıniyada döyüş sursatı və silahları sınaqdan keçirən hərbi laboratoriyada partlayış baş verib.
Qaziler.az bildirir ki, bu barədə aprelin 29-da ölkənin Milli Müdafiə Nazirliyinə istinadən Antena 3 telekanalı məlumat yayıb.
“Çərşənbə axşamı, saat 14:00 radələrində Pantelimonda (İlfov qraflığı) ordunun artilleriya laboratoriyasında partlayış baş verib, ardınca bölmənin mülki əməkdaşı həlak olub”, - nəşr yazır.
Nəşrin məlumatına görə, partlayıcı və pirotexniki materialların fiziki-kimyəvi analizi ilə məşğul olan 47 yaşlı qadın ölüb. Yanğının söndürüldüyünü bildiriblər.
Hadisə ilə bağlı araşdırma aparılır.
Partlayışın nədən baş verdiyi məlum deyil.
QAZİLER.AZ