Tələbə unutduğu telefona görə bir həftədə iki dəfə eyni dağdan xilas edildi

Tələbə unutduğu telefona görə bir həftədə iki dəfə eyni dağdan xilas edildi backend

Yaponyada tələbə telefona görə bir həftə ərzində iki dəfə Fuji dağından xilas edilib

Yaponiyada Fuji dağından (və ya Fuciyama-red.) xilas edilən 27 yaşlı çinli tələbə telefonunu almaq üçün oraya qayıdıb və yenidən problemlə üzləşib.

Qaziler.az bildirir ki, bu barədə "The Guardian" yazır.

Bəxtsiz tələbə dəniz səviyyəsindən üç min metrdən çox yüksəklikdə tapılıb. Yoldan keçən başqa bir turist onda hündürlük xəstəliyi əlamətləri olduğunu görüb və kömək çağırıb.

Zərərçəkmiş helikopterlə xəstəxanaya aparılıb. Yalnız bundan sonra onun bir həftə ərzində ikinci dəfə xilas edildiyi məlum olub.

Tələbənin sözlərinə görə, o, ilk xilasetmədən sonra telefonunu və digər əşyalarını orada unutduğu üçün dağa qayıdıb. Onları götürə bilib-bilmədiyi dəqiqləşdirilməyib.

QAZİLER.AZ

Diaspora