Ukrayna Baş Kəşfiyyat İdarəsi və Xarici İşlər Nazirliyi iki uşaqlı ukraynalı qadının Suriyadan təxliyyəsini təşkil edib. Onlar yerli düşərgədə altı il keçirilər.
Qaziler.az bildirir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andriy Sıbıqa X sosial şəbəkəsində məlumat verib.
"Ukrayna Prezidenti Vladimir Zelenskinin tapşırığına əsasən, Xarici İşlər Nazirliyi Baş Kəşfiyyat İdarəsi ilə birlikdə daha bir Ukrayna vətəndaşını və onun iki uşağını altı ildir Suriyada, saxlandıqları düşərgədən təxliyə edib", - Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.
O bildirib ki, qadın və iki uşağa pasport verilib və onların təhlükəsiz şəkildə vətənə qayıtmaları üçün konsulluq dəstəyi göstərilib.
QAZİLER.AZ