Pakistan ordusu Hindistana məxsus pilotsuz uçuş aparatını (PUA) Cammu və Kəşmir sərhədi yaxınlığında hava məkanını pozduğu üçün vurduğunu açıqlayıb.
Qaziler.az bildirir ki, Pakistan dövlət televiziyasının (PTV) verdiyi xəbərə görə, Hindistana məxsus pilotsuz uçuş aparatı iki ölkə arasında Cammu və Kəşmirdə Nəzarət Xəttində Pakistanın hava məkanını pozub. Pakistan ordusu Hindistanın pilotsuz təyyarəsini vurub.
Düşən PUA-nın görüntüləri sosial media hesablarında paylaşılıb.
Digər tərəfdən, Hindistan Pakistan ordusunun bəyanatına hələ də münasibət bildirməyib.
QAZİLER.AZ