Bu gecə Fransada fövqəladə vəziyyət üç ay uzadılacaq. Bu haqda Fransa prezidenti Fransua Olland məlumat verib. Olland “Bu yaşananlar göstərdi ki, terror bizə döyüş açmışdır”,-deyə bildirib.
Fransa prezidenti heç bir halda geri çəkilməyəcəklərini, əksinə, əməliyyatları daha da intensivləşdirəcəklərini bəyan edib: “Fransanın nəsillər boyu təmsil etdiyi azadlığı, dəyərləri hədəf alınıb. Çünki Fransa canlılığı, comərdliyi, azadlığı və həyatı təmsil edir. Çox sıx duyğular içərisindəyik. Hər kəs bu təcavüzkarları təsirsiz hala gətirmək istəyir. Suriyadakı əməliyyatlardan geri addım atmayacağıq. Əməliyyatlarımız daha da intensiz şəkildə davam edəcək. Fövqəladə vəziyyət bu gecədən etibarən daha üç ay davam edəcək”.