İspaniya iki ölkənin köməyi ilə elektrik enerjisini bərpa edib

İspaniya iki ölkənin köməyi ilə elektrik enerjisini bərpa edib backend

İşıq kəsildikdən sonra İspaniyada elektrik enerjisinin verilməsinin bərpası Fransa və Mərakeşin köməyi sayəsində mümkün olub.

Qaziler.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Pedro Sançes Nazirlər Şurasının iclasının yekunlarına dair mətbuat konfransında deyib.

O qeyd edib ki, kombinə edilmiş qaz dövrələri və su elektrik stansiyalarından da istifadə olunub. Sançes qəzanın səbəblərini araşdırmaq üçün hökumət komissiyasının yaradıldığını elan edib və elektrik şəbəkəsi operatorlarından infrastrukturun etibarlılığını təmin etməyi tələb edib. İspaniyanın baş naziri bildirib ki, baş verənlər bir daha təkrarlanmamalıdır.

“Hazırda demək olar ki, bütün ölkə ərazisində mobil rabitə və fiber-optik internet bərpa olunub, hava limanları, limanlar, magistral yollar fəaliyyət göstərir. Dəmir yolu xidmətində hələ də fasilələr var”, - Baş nazir bildirib.

Onun sözlərinə görə, hazırda İspaniya ordusu və fövqəladə hallara müdaxilə bölməsi vətəndaşlara kömək edir. Səlahiyyətlilər bərpa dövründə dayanıqlığı təmin etmək üçün üç günlük strateji neft ehtiyatlarından istifadə etmək qərarına gəliblər.

Qeyd edək ki, aprelin 28-də İspaniya, Portuqaliya və Fransanın Pireney yarımadası ilə həmsərhəd bölgələrində elektrik enerjisinin qəfil və geniş şəkildə kəsilməsi hadisəsi baş verib.

QAZİLER.AZ

Diaspora