ABŞ prezidenti Donald Tramp deyib ki, o, Ukraynanı “xilas edir” və respublikaya böyük xidmət göstərir.
Qaziler.az xəbər verir ki, bu barədə Tramp “The Atlantic”ə müsahibəsində deyib.
"Düşünürəm ki, mən bu ölkəni [Ukraynanı] xilas edirəm. Düşünürəm ki, bu ölkə tezliklə darmadağın ediləcək. Bu, böyük hərbi maşındır (Rusiya). Gəlin etiraf edək" – Tramp deyib.
O, Ukraynaya böyük xidmət göstərdiyinə inandığını vurğulayıb.
ABŞ prezidenti ukraynalı həmkarı ilə “çətin günlər” keçirdiyindən də şikayətlənib.
QAZİLER.AZ