Ukrayna Silahlı Qüvvələrinin bir çox təyyarəsi özünün hava hücumundan müdafiə sisteminin “dost atəşi” nəticəsində məhv edilib.
Qaziler.az xəbər verir ki, bu barədə Amerikanın hərbi jurnalı “Military Watch Magazine” (MWM) məlumat yayıb.
“Ukrayna döyüş təyyarələri münaqişə boyu özünü vurması ilə xeyli itki verib”, - nəşr yazır.
Məqalə müəllifi onu da bildirib ki, Ukrayna Silahlı Qüvvələri qırıcı çatışmazlığı səbəbindən Rusiyanın “Geran” pilotsuz təyyarələrinin ələ keçirilməsində çətinliklər yaşayır.
Bundan əlavə, nəşr Ukrayna Silahlı Qüvvələrinin istifadəsində olan Amerikanın “F-16” qırıcılarının Rusiyanın “Su-27” qırıcıları ilə müqayisədə döyüşə daha az hazır olduğunu, gücü və hərbi möhkəmliyi baxımından “Su-30SM” və “Su-35”dən əhəmiyyətli dərəcədə aşağı olduğunu iddia edən ukraynalı pilotların sözlərinə istinad edib.
QAZİLER.AZ