Yaponiya Ukraynanı Tokionun taleyini təkrarlamamağa ÇAĞIRIB

Yaponiya Ukraynanı Tokionun taleyini təkrarlamamağa  ÇAĞIRIB backend

Ukrayna aqressiyadan əl çəkməli və Tokionun İkinci Dünya Müharibəsinin sonunda yaşadığı taleyindən qaçmaq üçün Rusiya ilə danışıqlara razılıq verməlidir.

Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bu çağırışı Yaponiya parlamentinin üzvü Muneo Sudzuki öz bloqunda edib.

O xatırladıb ki, 1945-ci ildə ölkəsinin hakimiyyət orqanları sakinləri “sonuna qədər mübarizə aparmağa” çağırıb və bu, sonda fəlakətli nəticələrə gətirib çıxarıb.

“Mən Ukraynanın Yaponiyanın taleyini təkrarlamasını istəmirəm. Ukrayna öz mövqeyini anlamalı, yersiz bəyanatlardan çəkinməli, sakit və ardıcıl danışıqlara getməlidir”, - Sudzuki yazıb.

QAZİLER.AZ

Diaspora