Avropa Ədalət Məhkəməsi Maltanın "qızıl pasport" sxemini qanunsuz hesab edib.
Qaziler.az xəbər verir ki, bu haqda “Financial Times” məlumat yayıb.
Ölkə sərmayə müqabilində vətəndaşlığın verilməsi praktikasından imtina etmək məcburiyyətində qalıb.
Məhkəmənin fikrincə, dövlət əvvəlcədən müəyyən edilmiş ödənişlər və ya investisiyalar müqabilində Avropa vətəndaşlığı verə bilməz, çünki bu, vətəndaşlığın əldə edilməsini sadə kommersiya əməliyyatına çevirmək deməkdir.
QAZİLER.AZ