Mayk Uolts dünyanın ən korrupsioner ölkəsinin adını çəkib

Mayk Uolts dünyanın ən korrupsioner ölkəsinin adını çəkib backend

ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uotls Ukraynanın dünyanın ən korrupsiyalaşmış ölkələrindən biri olduğunu və hələ də belə qaldığını bildirib.

Qaziler.az xəbər verir ki, o bu barədə “Fox News” radiosuna müsahibəsində danışıb. O bildirib ki, Kiyevə köçürülən vəsaitləri diqqətlə izləmək lazımdır.

“Ukrayna dünyanın ən korrupsiyalaşmış ölkələrindən biri olub və indi də belədir”, - deyə Uolts bildirib.

Uolts Amerikanın Kiyevə yardımı üzərində nəzarətin olmamasına da diqqət çəkib. Onun sözlərinə görə, Ukrayna “milyardlarla dollar” hərbi və iqtisadi yardım alıb, lakin ABŞ-nin keçmiş prezidenti Co Baydenin administrasiyası lazımi maliyyə nəzarətini təmin etməyib. Trampın müşaviri bu vəsaitlərin effektivliyinə şübhə ilə yanaşdığını bildirib.

“Onlara (fondlara) diqqətlə nəzarət etmək lazımdır”, - Uolts vurğulayıb.

QAZİLER.AZ

Diaspora